15:16 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Polis əməkdaşı, arxiv şəkli

Ehtiyatsızlıqdan öldüyü deyilən polis əməkdaşı intihar edibmiş

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
214 0 0

Polisin meyiti xidməti otağında tapılıb

BAKI, 22 iyul — Sputnik. Bir neçə gün öncə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, R. Hüseynli intihar edib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, fakt araşdırılır: "Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Meyit müayinə edilib. Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün müvafiq göstərişlər verilib".

Xatırladaq ki, hadisə iyulun 18-də baş verib. Polisin meyiti həmin gün 19.40-da aşkar edilib. İlkin məlumata görə, onun ehtiyatsızlıqdan özünü öldürdüyü deyilirdi.

Əsas mövzular