CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki Xan Sarayına giriş nə vaxt bərpa olunacaq - AÇIQLAMA

© Sputnik / Shahperi AbbasovaŞəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı
Şəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
Xan Sarayını görmək istəyən turistlər ayın 24-dək gözləməlidirlər

Zülfiyyə Quliyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Şəki Xan Sarayının yenidən açılacağı tarix istirahətini bu şəhərdə keçirməyi planlaşdıranların ən çox maraqlandığı sualdır. Sputnik Azərbaycan-ın əməkdaşı Şəki Xan Sarayının qapısının turistlərin üzünə nə vaxtdan açılacağı ilə maraqlanıb.

Mingəçevir şəhərində şəhid məzarları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Böyüməsini heç kimin arzu etmədiyi muzey

Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva açıqlamasında bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinin əməkdaşları "Xan çinarı"nı  budayırlar: “Ərazidə iki belə hündür ağac var. Digəri də budandıqdan sonra Xan Sarayı turistləri yenidən qarşılayacaq. Hazırda ağacların budanması davam etdirilir. Biz də dayanmadan iş aparırıq ki, Xan Sarayının qapısını turistlərin üzünə aça bilək. İkinci ağac budandıqdan sonra Xan Sarayına giriş bərpa olunacaq”.

Sputnik Azərbaycan-ın əməkdaşı Xan sarayının işçiləri ilə söhbətində öyrənib ki, giriş gələn həftənin üçüncü günündən bərpa oluna bilər. Amma yenə də Xan Sarayına girişin bərpa olunması ərazidə görülən işlərə bağlıdır. Hər halda Xan Sarayını görmək istəyən turistlər ayın 24-dək gözləməlidirlər.

Xəbər lenti
0