08:27 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (23)
2218 0 0

Şəmkirli sənətkarın qeyri-adi əl işləri heyrət doğurur

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Şəmkirli gənc sənətkar Aruz Mirzəyev palçıqdan, daşdan, qumdan, kibrit çöplərindən və digər materiallardan unikal əl işləri yaradır. O, bununla bütün dünyada məşhurlaşmaq və Ginnesin Rekordlar Kitabına düşmək niyyətindədir.

Mirzəyev bu barədə Sputnik Azərbaycan-a müsahibəsində deyib. O, Bakıda keçirilən Birinci Respublika Sənətkarlıq Festivalında iştirak etmək üçün paytaxta gəlib. Uşaqlıqdan incəsənətin vurğunu olan Mirzəyevin o vaxt sevimli işlə məşğul olmaq imkanı olmayıb. O, hər şeydən çox ona heyfslənir ki, orta məktəbi bitirə bilməyib. Ona görə də yazmağı və saymağı bacarmır. Sənətkar ona təhsil almağa mane olan səbəbi deməyə çəkinib.

Для создания одной работы автору требуется несколько месяцев
© Sputnik / Kemale Aliyeva
"Bunları yaratmaq üçün gecə-gündüz işləyirəm".

İndi onun 30-dan çox yaşı var. Dediyinə görə, əsl həyatı yaşamağa indi başlayıb. Mirzəyev onun istedadına güvənən və onu sevimli işlə - sənətlə məşğul olmağa inandıran adamlara hədsiz dərəcədə minnətdardır. O, bir il əvvəl həyatını tamamilə tətbiqi sənət əsərlərinin yaradılmasına həsr etməyə qərar verib.

"Mənim heç bir müəllimim olmayıb. Heç kəs mənə heç nəyi izah etməyib. Hətta internetdən belə heç nə öyrənə bilməmişəm, çünki baxıb bir şey başa düşməmişəm. Yalnız Allaha şükür edirəm ki, mənə bu istedadı verib. Mən Şəmkirdə yeganə ustayam ki, öz yaradıcılığımda əlimə düşən hər bir materialdan - palçıq, qum, daş, kibrit çöpü, hətta sapdan istifadə edirəm", - Mirzəyev deyib.

Usta artıq Şəmkirdə istedadlar müsabiqəsində iştirak edib və birinci yeri tutub. İlk dəfədir ki, öz yaradıcılıq nümunələrini Bakıda keçirilən Birinci Respublika Sənətkarlıq Festivalında nümayiş etdirir.

O, bir il ərzində 19 əl işi yarada bilib. Bunlar Azərbaycanın və digər ölkələrin görməli yerlərinin kiçik maketləridir. Bir əl işinin ərsəyə gəlməsi üçün onun ölçüsündən asılı olaraq sənətkara bir neçə ay vaxt lazım gəlir. Onun ən çox vaxtı özünün fundamental yaradıcılıq nümunəsi hesab etdiyi piramidaların hazırlanmasına gedib. Mirzəyev bu sənət əsərini 5 ay müddətində yaradıb. O, məhz bu əl işinə görə Şəmkirdə ilk qızıl medalını qazanıb.

"İdeyalar çoxdur. Sadəcə onları həyata keçirməyə vaxt lazımdır. Mən əl işlərimin hamısını satıram, amma təəssüf ki, insanlar başqalarının əməyinə dəyər vermirlər. Bu isə məni çox incidir. Mən bunları yaratmaq üçün gecə-gündüz işləyirəm. Əminəm ki, irəlidə bütün dünya məndən və mənim əl işlərimdən xəbər tutacaq", - deyə Mirzəyev əlavə edir.

Usta Bakıdan sonra öz əl işlərini Azərbaycanın regionlarında da nümayiş etdirmək niyyətindədir. Hazırda o, yorulmadan kibrit çörləri ilə məscid düzəltmək üzərində işləyir. Sənətkar bununla Ginnesin Rekordlar Kitabına düşmək niyyətindədir. Mirzəyev əmindir ki, hələ onun üçün hər şey qabaqdadır.

Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (23)

Əsas mövzular