Hacıbaba Bağırovun milli koloritli obrazları milyonlarla insanın sevimli personajına çevrilib. Sənətkarı xatırlayanda istər-istəməz hamının simasında gülüş yaranır.
Azərbaycan kinosu və teatrını dadlı-duzlu oyunu ilə seçilən Hacıbaba Bağırovsuz təsəvvür etmək mümkün deyil. Qüdrətli sənətkarın teatrla yanaşı milli kinomuza verdiyi töhfələr ölçüyəgəlməzdir.
Sputnik Azərbaycan-ın növbəti Cəbiş müəllim buraxılışında istedadlı aktyorun yaradıcılıq yoluna nəzər salınır.