CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert texniki baxışla bağlı xəbərdarlıq etdi

© REPORTВ Кюрдамире грузовой автомобиль врезался в "Камаз" и перевернул его
В Кюрдамире грузовой автомобиль врезался в Камаз и перевернул его - Sputnik Azərbaycan
Abunə olmaq
Ərşad Hüseynov qeyd edib ki, texniki baxış vaxtını asanpay.az-da elektron kabinetinizdə yoxlamaq mümkündür

BAKI, 5 iyul — Sputnik. "Əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla müəyyən edir (məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq baxışdan keçirilməlidir)". 

Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Nasaz əyləc sistemi bir neçə nəfərin xəsarət almasına səbəb oldu
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, texniki baxış vaxtını asanpay.az-dakı elektron kabinetdə yoxlamaq mümkündür:

"Kabinet yoxunuzdursa, SMS Rdar xidmətinə qoşulub oradan öyrənin, yaxud yolda xidmət edən DYP əməkdaşlarında və ya DYP şöbələrindən soruşun. Diqqətli olun ki, cərimə olunmayasınız. Özü də bu ildən cərimə kameralarla yazılır, son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sizə 50 manat cərimə yazılacaq".

Xəbər lenti
0