BAKI, 5 iyul — Sputnik. "Əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla müəyyən edir (məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq baxışdan keçirilməlidir)".
O, qeyd edib ki, texniki baxış vaxtını asanpay.az-dakı elektron kabinetdə yoxlamaq mümkündür:
"Kabinet yoxunuzdursa, SMS Rdar xidmətinə qoşulub oradan öyrənin, yaxud yolda xidmət edən DYP əməkdaşlarında və ya DYP şöbələrindən soruşun. Diqqətli olun ki, cərimə olunmayasınız. Özü də bu ildən cərimə kameralarla yazılır, son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sizə 50 manat cərimə yazılacaq".