CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtın yubileyinə töhfə: 30 ildə ilk kinoteatr tikilir

© Sputnik / Murad OrujovВъезд в город Сумгайыт
Въезд в город Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərin dənizkənarı bulvar ərazisində isə Muğam Mərkəzinin tikintisi aparılır

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. Şəhərin 70 illik yubileyi ərəfəsində Sumqayıtda bir neçə sosial əhəmiyyətli obyekt inşa edilir. Belə ki, şəhərin dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisi aparılır.

© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiSumqayıt Muğam mərkəzinin tikintisi
Sumqayıtın yubileyinə töhfə: 30 ildə ilk kinoteatr tikilir - Sputnik Azərbaycan
Sumqayıt Muğam mərkəzinin tikintisi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ümumi sahəsi 3200 kvadratmetrlik binada 400 nəfərlik tamaşaçı zalı olacaq. Eyni zamanda, mərkəzdə 1 direktor və 14 sinif otağı yaradılacaq. Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.

© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiSumqayıt Muğam mərkəzinin layihəsi
Sumqayıtın yubileyinə töhfə: 30 ildə ilk kinoteatr tikilir - Sputnik Azərbaycan
Sumqayıt Muğam mərkəzinin layihəsi

İkimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, dövlət vəsaiti hesabına Sumqayıt şəhərində həyata keçirilən iri layihələrdən biri də Dənizkənarı bulvarın daha 1 km. uzadılmasıdır. Bulvarda çimərlik üçün də xüsusi yer ayrılıb.

© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiRusiya (Rossiya) kinoteatrının sökülməsi
Sumqayıtın yubileyinə töhfə: 30 ildə ilk kinoteatr tikilir - Sputnik Azərbaycan
Rusiya (Rossiya) kinoteatrının sökülməsi

Bundan başqa, Sumqayıtda 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş Nizami kinoteatrı sökülərək yenidən tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. İnşa olunan kinoteatr üç zaldan ibarət olacağı nəzərdə tutulur.

© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiNizami kinoteatrının tikintisi
Nizami kinoteatrının tikintisi - Sputnik Azərbaycan
1/3
Nizami kinoteatrının tikintisi
© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiNizami kinoteatrının tikintisi
Nizami kinoteatrının tikintisi - Sputnik Azərbaycan
2/3
Nizami kinoteatrının tikintisi
© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiNizami kinoteatrının tikintisi
Nizami kinoteatrının tikintisi - Sputnik Azərbaycan
3/3
Nizami kinoteatrının tikintisi
1/3
Nizami kinoteatrının tikintisi
2/3
Nizami kinoteatrının tikintisi
3/3
Nizami kinoteatrının tikintisi

Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı. Son 30 ildə ilk dəfə Sumqayıtda inşa ediləcək kinoteatr ilin sonuna təhvil veriləcək.

Xəbər lenti
0