CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təqaüdçülərə şad xəbər: pensiyalar artacaq

© Sputnik / Alexandr Kryazhev / Mediabanka keçidПожилая женщина. Архивное фото
Пожилая женщина. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək

BAKI, 19 iyun — Sputnik. Əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur.

Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Özəl fondlar gəlir: Pensiya yaşına çatmadan təqaüd almaq mümkün ola bilər

Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Xatırladaq ki, bu artım Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.

Çəlikli qoca qadın əli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İqtisadçı: “Bütün yaşlı şəxslər pensiya ala bilməyəcək”

Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.

Əmək pensiyasının minimum məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması cənab Prezidentin "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır" bəyanatının əməli müstəvidə, əhalinin, o cümlədən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi irəliləyişləri şərtləndirən ardıcıl addımların atılmasında öz təsdiqini tapdığını göstərir.

Xəbər lenti
0