CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özəl fondlar gəlir: Pensiya yaşına çatmadan təqaüd almaq mümkün ola bilər

© Sputnik / Murad OrujovПередача денег из рук в руки, фото из архива
Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert Azərbaycanda özəl pensiya fondları yaradılan zaman dövlət zəmanətinin ən yüksək şərtlər daxilində təmin edilməsini təklif edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. "Özəl pensiya fondları "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritələrində araşdırılması və ölkədə tətbiqi mümkün olan sahələrdən biri kimi göstərilərək artıq pensiya sisteminin inkişafına dair plana daxil edilib".

Çəlikli qoca qadın əli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İqtisadçı: “Bütün yaşlı şəxslər pensiya ala bilməyəcək”

Bunu Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Rəşad Həsənov ölkəmizdə özəl pensiya fondlarının yaradılması məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, özəl pensiya fondlarının yaradılması müsbət addımdır və insanların daha təminatlı yaşaması üçün alternativ yığım imkanı hesab olunur: "Özəl pensiya fondunun üstün cəhətlərindən biri odur ki, bu vəsaitlərdən istifadə nəticəsində əldə edilən gəlirlərin faizləri yığım üzərinə əlavə edilir. Bu da vəsaitlərin artmasına gətirib çıxardır. Digər üstün cəhəti isə əvvəlcədən razılaşdırılmış şərtlər daxilində pensiya yaşına çatmadan belə təqaüd almağın mümkün olmasıdır. Həmçinin hesaba yığılmış vəsaitləri birdəfəlik götürmək olar. Əksər özəl pensiya fondları bu imkanları yaradır".

Ekspert deyib ki, vətəndaşlar özəl pensiya fonduna əlavə ödənişlər edirlər. Özəl pensiya fondları hətta müəyyən zaman içərisində bu vəsaitləri işlədir və əldə edilən gəlirin faizlərini yığımlara əlavə edirlər. Beləliklə, vətəndaşlar pensiya dövründə həm dövlətdən, həm də özəl pensiya fondundan təqaüd ala bilirlər. Bu isə vətəndaşın sosial təminatını daha da gücləndirir. 

Bu təcrübədən əksər inkişaf etmiş ölkələrin istifadə etdiyini vurğulayan ekspert, bir sıra hallarda nöqsanların da ortaya çıxdığını qeyd edib: "Məsələn, 2008-ci il dünyada maliyyə böhranı zamanı bir sıra özəl pensiya fondları iflasla üz-üzə qalmışdı və bu da riskli tərəflərdəndir. Çünki bu fondlar vəsaitlərini müəyyən aktivlərdə yerləşdirir. Aktivlərin strukturundan və qlobal iqtisadiyyatda baş verən proseslərdən asılı olaraq həmin fondların maliyyə göstəricilərinə ciddi təsirlər ortaya çıxır".

Həsənovun fikrincə, ölkəmizdə mövcud infrastruktur hələlik bu kimi institutların formalaşması üçün uyğun deyil. Özəl pensiya fondlarının fəaliyyət göstərməsi üçün inkişaf etmiş maliyyə bazarları lazımdır. Eyni zamanda maliyyə bazarlarının subyektlərinə inam əsas məsələlərdən biridir. Üç aylıq əmanətin banka yerləşdirilməsinə tərəddüd edildiyi halda, uzun müddətli dövr üçün yığımların özəl quruma əmanət edilməsi indiki şərtlərdə bir az real görünmür.

Ekspert Azərbaycanda özəl pensiya fondları yaradılan zaman dövlət zəmanətinin ən yüksək şərtlər daxilində təmin edilməsini təklif edib: "Əmanətlərin risklərdən sığortalanması üçün Əmanətlərin Sığortalanması Fondu vasitəsilə dövlətin müdafiə mexanizmi formalaşdırılıb. 

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pensiya və hərbi xidmətlə bağlı qanunlara dəyişikliklər edilə bilər
Bənzər yanaşma özəl pensiya fondlarına da tətbiq edilə bilər. Eyni zamanda bu istiqamətdə etibarlı mühit formalaşmalıdır".

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır. "Beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq. Planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır. Qanunvericilikdə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizminə, fəaliyyət dairəsinə, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq" - deyə nazir əlavə edib.

Xəbər lenti
0