CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gözəllik qurban tələb edir"... və ya Gözəllik naminə ölüm riski  

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidƏmıəliyyat otağında həkim, arxiv şəkli
Əmıəliyyat otağında həkim, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Liposaksiya əməliyyatları zamanı ölümlərin sayı niyə artıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. Son zamanlar qadınlar rahat arıqlamaq üçün liposaksiya əməliyyatına üstünlük verirlər. Bədəndən piylərin çıxarılması ilə daha arıq görünəcəyini düşünən bəzi xanımlar əməliyyat zamanı ölüm riskinin olacağını düşünmürlər.

Xəstəxana palatasında yatan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
“Ege hospital”-da ölüm - Rusiya vətəndaşı dünyasını dəyişdi

"Gözəllik qurban tələb edir" deyib kor-koranə əməliyyata girirlər. Son isə faciə ilə bitir.

Belə ki, may ayında Elmi –Tədqiqat Ağciyər İnstitutunda ginekoloji vərəm üzrə mütəxəssis olan 51 yaşlı Sona Vəliyeva liposaksiya əməliyyatı zamanı dünyasını dəyişib. Məlumata görə, S. Vəliyeva əməliyyat əsasında piy emboliyası nəticəsində dünyasını dəyişib.

Xəstənin yaxınlarının kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə, xəstəyə əməliyyat zamanı ölümlə nəticələnə biləcək fəsadların baş verəcəyi barədə öncədən məlumat verilməyib. Əməliyyat cərrah Sirus Qoçqani tərəfindən həyata keçirilib.

Xatırladaq ki, 2017-ci ildə həkimin digər xəstəsi model Leyla Oruclu da əməliyyatdan sonra dünyasını dəyişmişdi.

Cəmi bir neçə gün öncə - iyunun 12-də isə daha bir nəfərin ölüm xəbəri gəldi. Azərbaycan Tibb Universitetinin dosenti, 65 yaşlı Səadət Şahsuvarova liposaksiya əməliyyatından sonra dünyasını dəyişib. Əməliyyatı onun tələbəsi Vüqar Ələkbərov edib.

Liposaksiya əməliyyatı nədir? Əməliyyat zamanı nə kimi fəsadlar yarana bilər və s. bu kimi suallara cavab tapmaq üçün Sputnik Azərbaycan-ın əməkdaşı araşdırma aparıb.

Qeyd edək ki, liposaksiya - qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiyası üsuludur.

Hazırda liposaksiya bədənin müxtəlif nahiyələrində toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayılmış cərrahi üsuludur.

Qəbiristanlıq - Sputnik Azərbaycan
Qadınların ölüm səbəbi açıqlanıb – Bizim üçün də vacibdir

Dəri nə qədər elastik olsa, kəsilmiş həcmə bir o qədər yaxşı oturur. Liposaksiya olunmasına yaş məhdudiyyəti qoyulmur, xəstənin dərisinin elastikliyi həlledici rol oynayır.

Ancaq əməliyyatın fəsadları da var. Belə ki, istənilən kəskin xəstəliklər və ya xroniki xəstəliklərin kəskinləşməsi, psixi pozğunluqlar, onkoloji xəstəliklər, ümumi piylənmə, dartılmış dərinin sallanmasında, bədən quruluşunun piy toxuması ilə əlaqəsi olmayan dəyişikliklərində liposaksiya edilməsinə icazə verilmir.

Bu səbəbdən də xəstə əməliyyata girməmişdən öncə, bütün müayinələrdən keçməlidir.

Həkim cərrah İsmayıl Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir invaziv müdaxilə zamanı ölüm baş verə bilər.

Çox zaman bu, tormb (qan laxtası) embololiya (qopması) nəticəsində baş verir: "Amma liposaksiya zamanı təkcə trombemboliya deyil, həm də piy emboliyası fəsadı yarana bilər. Piy emboliyası sindromunun 3 əsas simptomu var: kəskin tənəffüs çatışmazlığı, nevroloji disfunksiya və dəri zədələnmələri. Liposaksiyadan 12-72 saat sonra nadir hallarda baş verir".

Həkim qeyd edir ki, liposuction zamanı, dərialtı qatdakı piy toxumasi "əridilmiş", əzilmiş, parçalanmış bir vəziyyət alır. Həmin toxuma parçalarının əksəriyyəti çıxarılır, lakin bəziləri zədələnmiş vena damarlarından mənfi təzyiq hesabına sorulub, ümumi qan dövranına daxil olur.

İ. Ələsgərov hesab edir ki, mikro piy hissəcikləri əsasən ağciyər, beyin, böyrək və dəri kimi orqanlarda emboliyaya, "tıxanıqlığa" səbəb ola bilər.

Сладкие напитки - Sputnik Azərbaycan
Təbii şirələrdə ölüm təhlükəsi var

"Ağciyərlərdə qan dövranın piylə tutulması nəticəsində qazlar mübadiləsi kəsilir, nəfəs çatışmazlığı başlayır. Bundan əlavə, parçalanmış piy hüceyrələrindən çıxan bioaktiv maddələr piy emboliyasi sindromunda iltihab və hüceyrə məhvini artırır. Əksər vaxt klinik əlamətlər çox zəif təzahür edir, xəstəni ümumiyyətlə narahat etmədən öz-özünə aradan qalxır" – deyə həkim bildirib.

Həkimin sözlərinə görə, diaqnoz qoymaq çətindir. Gurd və Vilsonun diaqnostik klinik meyarları hələ də istifadə olunur. Təəssüf ki, hazırda liposuction sonrası piy emboliya sindromu üçün xüsusi terapiya yoxdur, bu səbəbdən ölüm riski həddindən artıq yüksəkdir.

Bax belə. Gözəl görünmək, gözəl olmaq yaxşı şey olsa da, hər bir addımınızın sonunu fikirləşin. Ölməyə dəyərmi?

Xəbər lenti
0