21:32 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
66 0 0

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyində Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri vəzifəsidir

BAKI, 13 iyun — Sputnik. 2019-cu il 12 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən 2 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə orqanında olmaqla elana çıxarılan vəzifələrin 12-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 2-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyində Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri vəzifəsidir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 13 vəzifə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə 12 iyun tarixindən 12 iyul saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Əsas mövzular