Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş axtaranların nəzərinə!

CC BY 2.0 / Danni Atherton / BusinessmanМужчина за компьютером, фото из архива
Мужчина за компьютером, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər

BAKI, 8 may — Sputnik. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, 2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə, ümumilikdə 6 yeni "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq. Sputnik Azərbaycan "ASAN xidmət"in mətbuat xidmətinə istinadən xəbər verir.

Səyyar ASAN Xidmət - Sputnik Azərbaycan
CƏMİYYƏT
"ASAN xidmət"dən mühüm elan

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı "ASAN xidmət" mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan MərkəzininDövlət Agentliyinin internet saytlarında yerləşdiriləcək.

Qeyd edək ki, elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər. Müsahibəyə hazırlaşarkən Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilən müsahibə proqramından istifadə olunması tövsiyə edilir.

Xəbər lenti
0