09:48 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Avtovağzalda quraşdırılmış yeni lövhələr

Avtovağzala yeni lövhələr quraşdırıldı

© Sputnik / Nigar Maharram.
CƏMİYYƏT
Qısa URL
34 0 0

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb

BAKI, 24 may — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir müddət öncə sərnişinlərin ixtiyarına  verilən Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb.  Sputnik Azərbayan-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, tablolarda həm qovşaq daxilində  olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də BBAK-ın giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib.

Avtovağzalda quraşdırılmış yeni lövhələr
© Sputnik / Nigar Maharram.
Avtovağzalda quraşdırılmış yeni lövhələr

Qeyd edək  ki, bir müddət öncə Nəqliyyat Qovşağından istifadə edən sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə pulsuz araba xidməti istifadəyə verilib.  Sərnişinlər heç bir məbləğ ödəmədən yüklərini bu arabalar vasitəsilə daşıya bilir.

Yaxın günlərdə həm Bakı Beynəlxalq Avtovağzal Kompleksində, həm də Nəqliyyat Qovşağında saxlama kameraları sərnişinlərin ixtiyarına veriləcək.

 

 

 

Əsas mövzular