CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtovağzala yeni lövhələr quraşdırıldı

© Sputnik / Nigar IskanderovaAvtovağzalda quraşdırılmış yeni lövhələr
Avtovağzalda quraşdırılmış yeni lövhələr - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb

BAKI, 24 may — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir müddət öncə sərnişinlərin ixtiyarına  verilən Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb.  Sputnik Azərbayan-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, tablolarda həm qovşaq daxilində  olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də BBAK-ın giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib.

© Sputnik / Nigar IskanderovaAvtovağzalda quraşdırılmış yeni lövhələr
Avtovağzala yeni lövhələr quraşdırıldı - Sputnik Azərbaycan
Avtovağzalda quraşdırılmış yeni lövhələr

Qeyd edək  ki, bir müddət öncə Nəqliyyat Qovşağından istifadə edən sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə pulsuz araba xidməti istifadəyə verilib.  Sərnişinlər heç bir məbləğ ödəmədən yüklərini bu arabalar vasitəsilə daşıya bilir.

Yaxın günlərdə həm Bakı Beynəlxalq Avtovağzal Kompleksində, həm də Nəqliyyat Qovşağında saxlama kameraları sərnişinlərin ixtiyarına veriləcək.

 

 

 

Xəbər lenti
0