00:33 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
92 0 0

Tədbirlə əlaqədar Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları  Mingəçevirə səfər ediblər

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 21 may – Sputnik. Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə Mingəçevirdə “Avropa günləri”nin növbəti mərhələsi keçirilir.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, tədbirlə əlaqədar Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpusunun nümayəndələri, media nümayəndələri Mingəçevirə səfər ediblər.

Mingəçevirdə “Avropa günləri” keçirilir
© Sputnik / Ilham Mustafa
Mingəçevirdə “Avropa günləri” keçirilir

Qonaqlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən qəbul edilib

Daha sonra Mingəçevirin səhiyyə müəssisələrində gerçəkləşdirilən icbari tibbi sığorta layihəsinin gedişatı ilə tanışlıq olub.

Ardınca tədbir iştirakçıları Səməd Vurğun meydanında təşkil olunan tanıtım mərasiminə qatılıblar. Tədbir “Avropa günləri” “Meridian” rok qrupu tərəfindən nümayiş olunan konsert proqramı ilə davam etdirilib.

Mingəçevirdə keçirilən "Avropa günləri" sabah başa çatacaq.

Əsas mövzular