06:00 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Azərsu ASC

“Azərsu” qalmaqallı təyinatla bağlı açıqlama verdi

© REPORT
CƏMİYYƏT
Qısa URL
95 0 0

"Məqsədli şəkildə mətbuata ötürülən bu məlumatı dəqiqləşdirmək onu tirajlayan saytlar üçün elə də çətin məsələ deyil”

BAKI, 21 may — Sputnik. “Bəzi saytlarda "cinayətdə ittiham olunan" məmurun rəis təyin edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Xəbərdə qeyd olunur ki, Mingəçevir Sukanal İdarəsinin keçmiş rəisi Mustafa Kərimov korrupsiyaya görə işdən çıxarılıb”. Sputnik Azərbaycan-ın xəbərinə görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı “Facebook” profilində belə yazıb.

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı
© Sputnik / Irade JELIL
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı

O, bu informasiyanın yanlış olduğunu vurğulayıb: “Mustafa Kərimov öz ərizəsi ilə işdən azad edilib. İdarəyə yeni rəis təyin olunan Maarif Məmmədov haqqında şəhər prokurorluğunda araşdırma aparıldığı da yayılmış xəbərdə yer alıb. Məqsədli şəkildə mətbuata ötürülən bu məlumatı dəqiqləşdirmək onu tirajlayan saytlar üçün elə də çətin məsələ deyil”.

“Sadəcə, Mingəçevir şəhər prokurorluğuna sorğu göndərib bu məlumatın nə dərəcədə həqiqət olub-olmadığını öyrənmək mümkün idi”, – deyə A.Cəbrayıllı əlavə edib.

Əsas mövzular