CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azərsu” qalmaqallı təyinatla bağlı açıqlama verdi

© Photo : REPORTAzərsu ASC
Azərsu ASC - Sputnik Azərbaycan
Abunə olmaq
"Məqsədli şəkildə mətbuata ötürülən bu məlumatı dəqiqləşdirmək onu tirajlayan saytlar üçün elə də çətin məsələ deyil”

BAKI, 21 may — Sputnik. “Bəzi saytlarda "cinayətdə ittiham olunan" məmurun rəis təyin edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Xəbərdə qeyd olunur ki, Mingəçevir Sukanal İdarəsinin keçmiş rəisi Mustafa Kərimov korrupsiyaya görə işdən çıxarılıb”. Sputnik Azərbaycan-ın xəbərinə görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı “Facebook” profilində belə yazıb.

© Sputnik / Irade JELIL"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı
“Azərsu” qalmaqallı təyinatla bağlı açıqlama verdi - Sputnik Azərbaycan
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı

O, bu informasiyanın yanlış olduğunu vurğulayıb: “Mustafa Kərimov öz ərizəsi ilə işdən azad edilib. İdarəyə yeni rəis təyin olunan Maarif Məmmədov haqqında şəhər prokurorluğunda araşdırma aparıldığı da yayılmış xəbərdə yer alıb. Məqsədli şəkildə mətbuata ötürülən bu məlumatı dəqiqləşdirmək onu tirajlayan saytlar üçün elə də çətin məsələ deyil”.

“Sadəcə, Mingəçevir şəhər prokurorluğuna sorğu göndərib bu məlumatın nə dərəcədə həqiqət olub-olmadığını öyrənmək mümkün idi”, – deyə A.Cəbrayıllı əlavə edib.

Xəbər lenti
0