15:01 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
AZAL təyyarəsi

AZAL-dan möhtəşəm İstanbul aksiyası

© AZAL
CƏMİYYƏT
Qısa URL
150 0 0

Aksiya çərçivəsində sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər

BAKI, 30 yanvar — Sputnik. "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-İstanbul-Bakı istiqaməti üzrə aviareyslərdə yeni aksiya barədə elan edir. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2019-cu il 25 fevral tarixinə kimi qeyd olunan istiqamət üzrə reyslərə aviabilet aldıqda qiymət 169 avro, əks istiqamətdə (İstanbul-Bakı-İstanbul) isə 189 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2019-cu il fevralın 1-dən 28-ə kimi. Qeyd edək ki, endirimli qiymətlərə aviabiletlərin sayı məhduddur.

Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi 1 yer), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərdə) pulsuz daşınması və təyyarədə isti yemək daxildir.

İstanbul Türkiyənin ən iri şəhəri və limanıdır. Şəhər dünyanın ən məşhur turizm istiqamətlərindən biri sayılır. İstanbul müasir binaların və qədim memarlığın çox gözəl uzlaşdığı böyük meqapolisdir. Bu isə öz növbəsində yalnız burada rast gəlinən həmin bənzərsiz koloriti yaradır. İstanbul bütün dünyadan turistlər və iş adamlarının toplaşdığı böyük ticarət limanıdır.

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, habelə www.azal.az saytında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək olar.

Aksiya çərçivəsində sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin www.miles.azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramına dair sualları azalmiles@azal.az ünvanına, yaxud www.azal.az saytında doldurulan əlaqə forması vasitəsilə göndərə bilərsiniz.

Əsas mövzular