07:52 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Kök uşaq

Azərbaycanda uşaqlarla bağlı çox pis rəqəm açıqlandı

© МТРК «МИР» / Nikolay Kostyushin
CƏMİYYƏT
Qısa URL
71 0 0

Piylənmə daha çox yaşı 13-dək olan uşaqlar arasında müşahidə edilir.

BAKI, 9 dekabr – Sputnik. 2017-ci ildə Azərbaycanda 699 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib.

Sputnik Azərbaycan xəbər verir ki, 18 yaşadək olan uşaqların hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 27 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 57 nəfər olub.

Gülşən Rəsulova
© Azərbaycan Tibb Universitetinin mətbuat xidməti

Piylənmə daha çox yaşı 13-dək olan uşaqlar arasında müşahidə edilir.

Ötən il piylənmə aşkarlanmış qız uşaqlarının 66,9 faizi 0-13 yaşlı, 33,1 faizi 14-17 yaşlı olub. Oğlan uşaqlarının isə 68,4 faizi 0-13 yaşlı, 31,6 faizi 14-17 yaşlı olub.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 712 nəfər, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib.

Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%). Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artıb.

Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur.

Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirib. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir.

Əsas mövzular