13:43 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
İsrail səfiri Dan Stava

Səfir: "İsrail Azərbaycanla yeni əlaqələrin qurulmasında maraqlıdır”

© Sputnik / Nigar Meherremli
CƏMİYYƏT
Qısa URL
24 0 0

"İsrail səhiyyəsinin əldə etdiyi nailiyyətləri, təcrübələri Azərbaycanla da bölüşməkdə maraqlıyıq. Əlbəttə, bunun üçün yerli ekspertlərimiz də köməkliklərini göstərməyə hazırdır"

BAKI, 30 noyabr — Sputnik. "Bu gün Azərbaycan və İsrail arasında münasibətlər daha da inkişaf etdirilir. Kənd təsərrüfatı, elm, təhsil, sağlamlıq, eyni zamanda da iqtisadi sahədə də əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Səfirlik iki ölkə arasında yeni əlaqələrin qurulması, həmçinin yeni koorporasiyaların axtarışındadır".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında İsrail səfiri Dan Stava deyib. Səfir bildirib ki, bu gün İsrail Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığın qurulmasında maraqlıdır: "Bu gün İsrail Azərbaycanla enerji və kənd təsərrüfatı sahəsində əməkdaşlığın qurulmasında maraqlıdır. Əlaqələrin inkişafı üçün Azərbaycan və İsrail arasında iki ölkəyə daha çox mənfəət verəcək sahələri də müəyyənləşdirməliyik".

Səfir Azərbaycan neftinin mühüm rola malik olduğunu da xüsusi ilə vurğulayıb.

"Bu gün Yaxın Şərqdə stabilliyin qorunması mühüm amildir. Azərbaycan və İsrail də stabilliyin qorunmasında maraqlıdır. İsrail bir sıra sahələrdə Azərbaycanın böyük potensiala və mühüm əhəmiyyətə malik olduğuna inanır" – deyə səfir bildirib.

Səfir Azərbaycan və İsrail arasında səhiyyə sahəsində nəzərdə tutulan əməkdaşlıqdan da söz açıb: "Bu gün İsrail səhiyyəsi öz müasirliyi ilə seçilir. Biz səhiyyəmizi, bu sahədə biliklərimizi daha da genişləndirməklə yanaşı təcrübələrimizin təbliğində də maraqlıyıq. İsrail səhiyyəsinin əldə etdiyi nailiyyətləri, təcrübələri Azərbaycanla da bölüşməkdə maraqlıyıq. Əlbəttə, bunun üçün yerli ekspertlərimiz də köməkliklərini göstərməyə hazırdır. Ümid edirəm ki, iki ölkə səviyyəsində qurulan bu münasibətlər xalqlarımız arasında da əlaqələrin genişlənməsinə səbəb olacaq".

İsrail rəsmisi həmçinin Azərbaycanda multikultiralizmin inkişafından da söz açıb.

Əlaqədar

İsrail alimləri beyin xərçənginə dərman tapıb
İsrail bütün gecə Qəzzanı vurub
Rusiya və İrandan Xəzərdə gözlənilməz gediş - İsrail gizli planı sızdırdı
Azərbaycan və İsrail Baş Qərargah rəisləri bir arada

Əsas mövzular