İsrail Türkiyə barədə gözlənilməz qərar verdi

© REUTERS / Baz RatnerTürkiyə və İsrail bayraqları
Türkiyə və İsrail bayraqları  - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail Türkiyədəki diplomatik təmsilçiliyi azaltmağa qərar verib

BAKI, 29 noyabr — Sputnik. İsrail, Türkiyədən deportasiya edilən səfirin yerinə yenisinin təyin olunmayacağını açıqlayıb.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, İsrail, Türkiyədəki diplomatik təmsilçiliyi azaltmağa qərar verib.

Məsələ ilə bağlı İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Amnon Nahşon açıqlama verib: "İsrail, Qəzzada baş verən hadisələrin arxa planına qarşı yarım il əvvəl Türkiyə rəsmiləri tərəfindən deportasiya edilən Eytan Nayenin yerinə səfir təyin etməməyə qərar verdi".

Nahşon İstanbula yeni bir konsulun təyin olunmayacağını da əlavə edib.

Xəbər lenti
0