15:17 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Azərbaycanda prezident seçkiləri

Prezident seçkiləri ilə bağlı hüquqi ziddiyyət aradan qaldırılıb

© AP Photo / Aziz Karimov
CƏMİYYƏT
Qısa URL
68 0 0

Növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında deyil, 7 il əvvəl Prezident seçildiyi ayda bitir

BAKI, 30 noyabr — Sputnik. Milli Məclis prezident seçkiləri ilə bağlı Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi arasında yaranan ziddiyyətin aradan qaldırılmasını nəzərdə tutan layihəni təsdiqləyib.

Spunik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə edilən dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Milli Məclis
© Sputnik / Murad Orujov

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilib ki, Konstitusiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında deyil, 7 il əvvəl Prezident seçildiyi ayda bitir.

Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilib. Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Əlaqədar

İsraildə növbədənkənar seçki müəmması
Azərbaycanlıların yaşadığı kənddə seçki komissiyasının üzvünü döyüblər
MSK bəzi seçki komissiyalarını ləğv etdi - SİYAHI
Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin yekun nəticəsini təsdiqlədi
Mərkəzi Seçki Komissiyası qərar qəbul etdi
Teqlər:
dəyişiklik, Seçki Məcəlləsi, Konstitusiya, Prezident seçkiləri

Əsas mövzular