CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident seçkiləri ilə bağlı hüquqi ziddiyyət aradan qaldırılıb

© AP Photo / Aziz KarimovAzərbaycanda prezident seçkiləri
Azərbaycanda prezident seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında deyil, 7 il əvvəl Prezident seçildiyi ayda bitir

BAKI, 30 noyabr — Sputnik. Milli Məclis prezident seçkiləri ilə bağlı Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi arasında yaranan ziddiyyətin aradan qaldırılmasını nəzərdə tutan layihəni təsdiqləyib.

Spunik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə edilən dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Здание Милли Меджлиса - Sputnik Azərbaycan
Milli Məclis işini başa vurdu

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilib ki, Konstitusiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında deyil, 7 il əvvəl Prezident seçildiyi ayda bitir.

Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilib. Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbər lenti
0