CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəs sizdə bufet haradadır? - Təhsil arxasınca qaçarkən məktəbliləri yedizdirməyi unutdular

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidУченики средней общеобразовательной школы в школьной столовой, фото из архива
Ученики средней общеобразовательной школы в школьной столовой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəb bufetlərinin yoxluğu və mərkəzləşdirilmiş qidalanmanın olmamasına görə məktəblilər keyfiyyətsiz zərərli energetik işçilər və məhsullarla qidalanır

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 1 noyabr – Sputnik Azərbaycan. Xırdalanda 2 saylı məktəbdə oxuyan ikinci sinif şagirdi hər gün özü ilə çantasında lunch box - yemək və dolu termos aparır. Bu isə onun onsuzda yüngül olmayan çantasını bir az da ağırlaşdırır. Axı dəftərlərlə yanaşı, balaca qızcığazın çantasında təxminən 10-a yaxın kitab və iş dəftəri də var. Aygün məktəbində yeməkxana olmadığı üçün özü ilə yemək aparmağa məcburdur. Dərslər bir neçə saat davam edir və təbii ki, qız nahara acır, qidalanmaq istəyir. Evə isə yalnız günorta saat 3-də qayıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün tam rasionlu qidaların təqdim olunduğu bufet və yeməkxanaların yoxluğu Azərbaycanda məktəb təhsilinin az qala ən əsas probleminə çevrilib. Bu isə həm şagirdlər, həm də valideynlər üçün ciddi narahatlıq yaradır.

Orta məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Vəziyyət çox həssasdır, qızdırma ilə məktəbə gələn şagirdləri dərsə buraxmayın

Əgər aşağı sinifdə oxuyan şagirdlər yeməyi evdən gətirirsə, yuxarı sinif şagirdləri tənəffüslərdə çipsilər və energetik içkilər almaq üçün yaxınlıqdakı mağazaya gedir. Bütün bunlar isə böyüyən nəslin sağlamlığına təsir edir və gələcəkdə xeyli sayda xəstəliklərin yaranması ilə nəticələnə bilər. Valideynlər övladlarının məktəbdə normal şəkildə qidalanması üçün pul ödəməyə hazırdır. Lakin hələ də məktəblərdə tam rasionlu naharın təşkili üçün şərait yaradılmayıb.

Təbii ki, məktəb bufetlərinin hər yerdə olmadığını demək olmaz. Lakin normal şərait Bakı şəhərində yerləşən çox əz məktəblərində təşkil olunub. Şəhərin mərkəzində yerləşən, təmirdən çıxmış məktəblərin öz yeməkxanası və menyusu var.

Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, məktəblərdə qidalanmanın təşkili diqqət mərkəzindədir. Bu, təsdiq edilən qanunverici aktlara uyğun olaraq tənzimlənir. Məsələn, təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabineti tərəfindən müxtəlif illərdə verilən "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında" Qərarına, "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı"na və "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında" Qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunun 28.2. bəndinə əsasən, təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

Yəni, bu, özəl sahibkarlara məktəb yeməkxanalarını icarəyə götürməyə və orada yeməklər hazırlamağa imkan verir.

Lakin bu, nəzarətin olmaması anlamına gəlmir. Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi məktəb bufet və yeməkxanalarında yoxlamalara başlayıb.

© © SputnikYeməkxana
Bəs sizdə bufet haradadır? - Təhsil arxasınca qaçarkən məktəbliləri yedizdirməyi unutdular - Sputnik Azərbaycan
Yeməkxana

BŞTİ-dən qeyd olunub ki, yuxarıda göstərilən qaydalar nəzərə alınmaqla hazırda paytaxtın bir neçə məktəbində şagird və müəllimləri isti yeməklərlə təmin edirlər. Əgər digər məktəblərin bufetlərində də texniki təchizat və sahə standartlara uyğun olsa, onda gələcəkdə paytaxtın qalan məktəblərində də məktəbliləri isti yeməklə təmin etmək olar.

Ümumilikdə, ölkədə 4470 məktəb və yarım milyondan çox şagird var. Demək olar ki, hər gün uşaqların valideynləri övladlarının nə ilə qidalanması barədə düşünür. Qidalanmaya dair mərkəzləşdirilmiş obyektlər olsaydı, onda belə bir qayğı da olmazdı. Axı əksər uşaqlar qida axtarışında zərərli qidalarla qidalanır.

Təsdiq olunan normativlərə əsasən məktəb bufetlərində bunları satmaq qadağandır:

Девочка на уроке русского языка, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəblərdə yoxlama olacaq - Qripli uşaqlar dərsə buraxılmayacaq

İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu; Bir gün əvvəl hazırlanmış qida; Xarab olma əlamətləri olan meyvə-tərəvəz məhsulları; Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla), içalatı təmizlənməmiş quş, vəhşi heyvanların əti, suda üzən quşların yumurtası və əti; Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta; Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər; Termiki emala məruz qalmayan yaxıl noxud; Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar; Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər; Kremli şirniyyat məmulatları (piroq və tortlar) ; Termik emala məruz qalmayan, təbii halda olan kəsmik və xama; Ev şəraitində hazırlanmış qatıq; Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları) ; Termiki emala məruz qalmayan içkilər və morslar, kvas; Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadımamış süd; Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq, Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər; Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar, Istiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr; Təbii kofe, alkoqollu, energetik içkilər; Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar; Qazlaşdırılmış içkilər; Bitki yağları əsasında süd məhsulları və dondurma; Saqqız, çipslər, Tərkibində etalon olan (0,5 faizdən artıq) qımız və turş süd məhsulları; Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studentlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər; Yumurtalı makaronlar, qayğanaq; Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.

Yaranan problemi şərh edən Elm və Təhsil Komitəsinin üzvü, deputat Musa Qasımlı belə bir problemin olduğunu inkar etməyib. O, bildirib ki, son illər məktəblərdə məktəblilərin qida ilə təmin olunması istiqamətində addımlar atılıb: "Şəhərlərdə demək olar ki, bütün məktəblərin bufet və yeməkxanaları var. Bufetlər əksər kənd məktəblərində də var. Lakin hələ də görüləsi işlər durur".

O, qeyd edib ki, bütün bunların müsbət addım olmasına baxmayaraq, qida məhsullarının keyfiyyətinə də diqqət ayırmaq lazımdır: "Hesab edirəm ki, bununla müvafiq icra orqanları məşğul olmalıdır. Məktəbə keyfiyyətsiz, vaxtı keçmiş qidaların gətirilməsinə yol vermək olmaz".

Məmurlar uşaqları necə faydalı və dadlı şəkildə qidalandırmaq məsələsini həll etdiyi bir vaxtda sonuncular aç qalmağa və ya keyfiyyətsiz "fast-food"larla zəhərlənməyə davam edir.

Qeyd etmək lazımdır ki, 2018-ci il Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili elan olunub". Keyfiyyət isə yalnız tədris prosesində yox, həmçinin uşaqların ac qalmaması da daxil olmaqla, bütün şəraitin təşkilində əsas olmalıdır.

Xəbər lenti
0