14:37 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Polis maşınları

Bakıda lal-kar qadın itkin düşüb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
27 0 0

1938-ci il təvəllüdlü Qəniyeva Emma Hacıbala qızı avqustun 26-da səhər saat 10 radələrində yaşadığı evdən çıxıb

BAKI, 27 avqust — Sputnik. Bakıda yaşlı qadın itkin düşüb. Sputnik Azərbaycan xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Qəniyeva Karina Vaqif qızı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək onunla birgə yaşayan anası, 1938-ci il təvəllüdlü Qəniyeva Emma Hacıbala qızının avqustun 26-da səhər saat 10 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

E.Qəniyeva eşitmə və dil qüsurludur.

Faktla bağlı Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.

Teqlər:
lal-kar, polis bölməsi, Xətai rayonu, itkin, qadın

Əsas mövzular