BAKI, 27 avqust — Sputnik. Bakıda yaşlı qadın itkin düşüb. Sputnik Azərbaycan xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Qəniyeva Karina Vaqif qızı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək onunla birgə yaşayan anası, 1938-ci il təvəllüdlü Qəniyeva Emma Hacıbala qızının avqustun 26-da səhər saat 10 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.
E.Qəniyeva eşitmə və dil qüsurludur.
Faktla bağlı Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.