14:56 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Beş gün əvvəl itkin düşən kişinin meyiti tapıldı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
167 0 0

S.Ramazanovun meyiti meşəlik ərazidə aşkar olunub

BAKI, 15 avqust — Sputnik. Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları başa çatıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, S.Ramazanovun meyiti meşəlik ərazidə aşkar olunub.

Axtarış tədbirlərinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və müvafiq texnikası, Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Axtarışlar S.Ramazanovun itkin düşdüyü ehtimal olunan ərazidəki su hövzəsində, çayətrafı və ora yaxın ərazilərdə həyata keçirilib.

Qeyd edək ki, S.Ramazanov avqustun 10-da itkin düşüb.

Teqlər:
meşə, kişi, Balakən, Fövqəladə Hallar Nazirliyi, meyit

Əsas mövzular