23:16 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gülay və Vüsal Fərzəliyevlərlə görüşdə

Dövlət xidmətinin rəisindən sosial şəbəkə fenomeninə böyük etimad

© Foto: DSX mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
133 0 0

General-polkovnik qızın atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib

BAKI, 11 avqust — Sputnik. Avqust ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev at çapma bacarığı ilə sosial şəbəkələrdə böyük marağa səbəb olan Gülay və onun atası ilə görüşüb.

Gülay və Vüsal Fərzəliyevlər
Gülay və Vüsal Fərzəliyevlər

Sputnik Azərbaycan xəbər verir ki, 9 yaşlı Gülayın at belindəki məharətlərini əks etdirən görüntülər Atçılıq Federa­siyası tərəfindən maraqla qarşılanıb. Gülay və atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşan Fərzəliyev Vüsal Qəzənfər oğlu E.Quliyevlə görüşə dəvət olunub.

General-polkovnik Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.

Əlaqədar

Sosial şəbəkədə möhtəşəm yenilik: Facebook bunu da edəcək
Sosial şəbəkə nəhəngindən yenilik
Psixoloq: “Sosial şəbəkələr boşanmaya əsas səbəb deyil”

Əsas mövzular