05:05 16 Avqust 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9254
Əlil arabası, arxiv şəkli

ƏƏSMN: 374 əlil işlə təmin edilib

CC0 / stevepb / Wheelchair
CƏMİYYƏT
Qısa URL
17 0 0

Cari ilin ötən dövründə 650 nəfər əlilliyi olan şəxs isə özünüməşğulluq proqramına cəlb olunub

BAKI, 10 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin 7 ayında 374 nəfər əlilliyi olan şəxs işlə təmin edilib. Bu barədə Sputnik Azərbaycan-a ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlardan bir hissəsinin qanunvericiliyə uyğun olaraq, müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib.

Yanvar-iyul aylarında həmçinin Dövlət Məşğulluq Xidməti Xidməti, habelə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 173 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında sosial cəhətdən həssas digər kateqoriyalar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir. Bu ilin ötən dövründə proqrama cəlb olunanların 650 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

Əlaqədar

Övladı üçün ölüm və əlillik arasında seçim edən ata: “Əlimdən gələn hər şeyi etmişəm...”
Ekspert: “ASAN xidmət” əlilliyi müəyyən edə bilməz”
İnsanlıqdan kənar addım: Gözdən əlil şəxsi kafeyə buraxmadılar
Teqlər:
, əlil, Dövlət Məşğulluq Xidməti, ƏƏSMN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əsas mövzular