04:08 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Emin Ağalarov

Emindən azərbaycanlı müğənniyə gözlənilməz hədiyyə

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
419 0 0

Səmra Rəhimli mahnının adını gizli saxlayır

BAKI, 20 iyul — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov azərbaycanlı həmkarı Səmra Rəhimliyə gözlənilməz hədiyyə edib.

Müğənninin prodüseri İlahə Baxşiyeva Sputnik Azərbaycan-a xəbər verib ki, Səmra Kiyevdə yeni mahnısına klipin çəkilişini başa çatdırıb. Mahnını isə ona Emin bağışlayıb.

"Tamaşaçılar müəllifi Emin Ağalarov olan kompozisiyaya çəkilmiş çarxı tezliklə görə biləcəklər. Hələlik klip montaj səviyyəsindədir. Mahnının adını açıqlamaq istəmirik" — deyə Baxşiyeva bildirib.

Səmranın yeni klipinin təqdimetmə mərasimi bu həftə baş tutacaq.

Bundan əlavə, Rəhimli "Jara-2018" Beynəlxalq Musiqi Festivalına hazırlaşır. O, iyulun 28-də xarici həmkarları ilə bir yerdə festivalda çıxış edəcək.

Səmra Rəhimli uşaq yaşlarından oxuyur. O, "Azərbaycanın səsi" milli vokal müsabiqəsində iştirakdan sonra məşhurlaşıb. Bundan sonra onu "Avrovizion" beynəlxalq mahnı müsabiqəsində çıxış üçün seçiblər. Hazırda o, yeni layihələr üzərində çalışır.

Teqlər:
hədiyyə, mahnı, Səmra Rəhimli, xalq artisti Emin Ağalarov

Əsas mövzular