Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin həyat yoldaşı ilə Bakıya gəlir: Bal ayını burada keçirəcək

© Photo : Instagram / starhit.ruЭмин Агаларов и Алена Гаврилова, фото из архива
Эмин Агаларов и Алена Гаврилова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni əmindir ki, builki festival uzun zaman onun xatirəsindən silinməyəcək. Çünki o bu festivalda ilk dəfə həyat yoldaşı ilə bir yerdə olacaq.

BAKI, 18 iyul — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bal ayını Bakıda keçirmək niyyətindədir. Sputnik Azərbaycan bu barədə Rusiya KİV-mə istinadla məlumat verir.

Cəmi 10 gün sonra "Jara-2018"Bakı Beynəlxalq Musiqi Festivalı başlayır və müğənni etiraf edib ki, məhz bu səbəbdən bal ayını Bakıda keçirmək qərarına gəlib.

"Mənim həyat yoldaşım da orada olacaq. Axı bizin toyumuz mənim üçün bu il ən parlaq, yaddaqalan və çoxdan gözlədiyim hadisə olub" — deyə Ağalarov bildirib.

Müğənni əmindir ki, builki festival uzun zaman onun xatirəsindən silinməyəcək. Çünki o bu festivalda ilk dəfə həyat yoldaşı ilə bir yerdə olacaq.

 

 

Xatırladaq ki, iyulun 14-də Emin Ağalarov və Alyona Qavrilovanın toyu olub. Toy mərasimi Ağalarovların Moskvadakı malikanəsində keçirilib. Müxtəlif ölkələrdən gələn məşhur şəxslər, eləcə də Eminin yaxınları və qohumları da malikanəyə toplaşıblar. Toyda Valeri Meladze, Zara, Vadim Vernik, Katya Lel, Serqey Kojevnikov, Denis Klyaver, Olqa Orlova və digər ulduzlar iştirak edir. Mərasimdə aparıcı və müğənni qismində məşhur rusiyalı ifaçı Vladimir Kuzmin çıxış edir. Çünki o, cütlüyün kumiridir.

Emin Ağalarov World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə var.

Emin Ağalarov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Emin planlarını açıqladı, elə şeylər söylədi ki...

Ağalarov həm də Qriqori Leps və Sergey Kojevnikovla bir yerdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

Alyona Qavrilova rusiyalı model və Mordoviyadan olan gözəllik kraliçasıdır. O, Rüstəm Tariko və Eminlə sevgi münasibətləri il məşhurlaşıb.

Alyona Qavrilova 1987-ci ildə Mordoviyanın paytaxtı Saranskda doğulub. 17 yaşı olanda "Miss Mordoviya-2004" müsabiqəsində iştirak edib və birinci yeri tutub. Bu qələbədən sonra Qavrilova model biznesində çalışmağa başlayıb. Hazırda həm də iş adamı kimi fəaliyyət göstərir, gözəllik salonun sahibəsidir.

Xəbər lenti
0