10:44 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
110 0 0

Şimal-qərb bölgəsində ilan sancması halı durmadan artır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,17 iyul— Sputnik. Havaların yağışlı olmasına baxmayaraq bölgələrdən ilan sancması xəbərləri gəlməkdə davam edir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saatlarında Zaqatala rayonun Aşağı Tala kənd sakini Mustafa Hacıyevi ilan sancıb. Belə ki, kənd sakini tütün sahəsində işləyən zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb.

57 yaşlı kənd sakini Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Xəstənin müalicəsi davam edir.

Teqlər:
xəstəxana, tütün sahəsi, ilan, Zaqatala rayonu

Əsas mövzular