CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektrik kəsilməsi bu sahədə də problemlər yaratdı

© pixabay / iamrajatagЛампочка, фото из архива
Лампочка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb

BAKI, 3 iyul — Sputnik. Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb. 

Bunu "Report"a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova təsdiqləyib. 

Onun sözlərinə görə, bu istiqamətdə üç qatar yolda qalıb: "Həmin qatarları xüsusi nəqliyyat vasitələri ilə çəkib yaxın stansiyaya yerləşdiriblər. Sərnişinlər isə təxliyyə edilib. Bütün sərnişinlərin ödənişləri özlərinə qaytarılıb". 

Qədirova digər istiqamətlərdə hərəkət edən qatarlarda problem olmadığını deyib: "Elektrik qatarları və digər qatarlar gec saatlarda çıxdığından yolda qalanı yoxdur".

Xəbər lenti
0