10:58 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edir

İlham Əliyevdən böyük jest: Prezident onlara pul ayırdı

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
CƏMİYYƏT
Qısa URL
318 0 0

Azərbaycan prezidenti dini qurumlara maliyyə yardımı edib

BAKI, 11 iyun — Sputnik. Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncam ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi və fəaliyyətlərinin ahəngdarlığının təmin edilməsi məqsədilə imzalanıb.

Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100 min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100 min manat ayrılıb.

Sərəncamda deyilir ki, Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşıb. Ölkədə müxtəlif mədəniyyətlərə, dinlərə və dini cərəyanlara mənsub insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları, eləcə də azsaylı xalqların öz etnik-mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə geniş imkanlar yaradılıb. Tolerantlıq səviyyəsinin və multikultural nailiyyətlərinin göstəricisi olub gələcək inkişafı üçün də zəmin təşkil edən hazırkı milli-mədəni rəngarəngliyi Azərbaycanın ümumbəşəri dəyərlər xəzinəsinə misilsiz töhfələrindəndir.

Müstəqil Azərbaycan Respublikasının məhz xalqın həmin zəngin tarixi təcrübəsinə istinadən uğurla gerçəkləşdirdiyi dövlət–din münasibətləri konsepsiyasının doğruluğu və həyatiliyinin nəticəsidir ki, ölkədəki yüksək tolerantlıq mühiti dini icma və konfessiyaların birgə fəaliyyəti ilə bu gün də lazımınca qorunur.

Teqlər:
dini qurumlar, maliyyə, sərəncam, yardım, Prezident İlham Əliyev

Əsas mövzular