BAKI, 11 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Arif Əhməd oğlu Məmmədov agentliyin direktoru təyin olunub.
Prezident İlham Əliyev digər bir sərəncamla Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktorunu təyin edib. Sərəncama uyğun olaraq bu posta Qüdrət Qəmbər oğlu Qurbanov təyin edilib.