CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni sürücülük vəsiqələrinin verilməsi qaydaları təsdiqləndi

© Sputnik / Murad OrujovSürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis sürücülük vəsiqəsi ilə bağlı dəyişikliyi qəbul edib

BAKI, 31 may — Sputnik. Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə 2019-cu ilin yanvarın 1-dən başlanılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə görə, 2019-cu ilin yanvarın 1-dək verilmiş sürücülük vəsiqələri, onların dəyişdirilməsi “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar müəyyənləşdirilənədək qüvvədə qalacaq.

Vətəndaşlar sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadan da müraciət edə bilərlər. 

BakuBus автобус - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda avtobus sürücüsü piyadanı belə vurdu - VİDEO

Bu halda sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

Dəyişikliyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin ikinci hissəsi yeni redaksiyada verilir. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1. Velosipedi və arabanı idarəetmə hüququ-14 yaşdan,

2. Asma mühərrikli velosipedi, mopedi və "A1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-16 yaşdan,

3. "A", "B", "C" kateqoriyasına, "B1" və "C1", altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-18 yaşdan,

4. "BE" kateqoriyasına və "C1E" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-19 yaşdan (müvafiq olaraq "B" və ya "C" kateqoriyasına (o cümlədən "C1" altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə),

5. "CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), 

Yeni Daşkənd-Umudalılar avtomobil yolu yenidənqurmadan sonra - Sputnik Azərbaycan
CƏMİYYƏT
Strateji əhəmiyyətli yeni yol çəkilir

6. "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və "D1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-23 yaşdan (65 yaşadək, habelə "B", "C" və ya "C1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə),

7. "D1E" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-25 yaşdan (65 yaşadək, habelə "D" kateqoriyasına və ya "D1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərtilə),

8. "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-26 yaşdan (65 yaşadək, habelə "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə).

Qanunun 34-cü (sürücülük vəsiqəsi) maddəsində də dəyişiklik təklif edilir. Əlavəyə əsasən, avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində (Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir) nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir: "B1"- bu qanun 1-ci maddəsinin 25-3-cü bəndində kvadrisikl-yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumliyatorın kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4 təkərli mexaniki nəqliyyat vasitələridir, "C1"-"D" kateqoriyasına və "D1" altkateqoriyasına daxil edilməyən, icazə verilən maksimal kütləsi 3500 kq-dan artıq, lakin 7 500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, "D1"- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, "C1E"- Qoşqusunun icazə verilən məksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazər verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün. 

Движение транспорта на трассе Баку-Сумгайыт, фото из архива - Sputnik Azərbaycan
Sürücülərin nəzərinə: Bu saatlardan etibarən...

"D1E"- Sərnişin daşınması üçün nəzərdə tutulmayan qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin abtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibinə icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.

Layihəyə əsasən, A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan avtomobilləri idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi A1, B1, C1, D1, C1E və D1E altkateqoriyasına daxil olan avtomobilləri idarəetmə hüququnu təsdiq edir.

Təklif olunan dəyişikliklərə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, "A", "B" və "C" kateqoriyaları ilə yanaşı, "B1" və "C1" altkateqoriyaları müəyyənləşir. Həmçinin, bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir.

Dəyişiklik səsə qoyularaq qəbul olunub. Sənəd 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Xəbər lenti
0