CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Strateji əhəmiyyətli yeni yol çəkilir

© Official website of President of Azerbaijan RepublicYeni Daşkənd-Umudalılar avtomobil yolu yenidənqurmadan sonra
Yeni Daşkənd-Umudalılar avtomobil yolu yenidənqurmadan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni yolun tikintisinin 2019-cü il ərzində yekunlaşdırılması planlaşdırılır

BAKI, 23 may – Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sözügedən yol Böyük Şor gölünün üzərindən inşa edilir. Belə ki, 2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Layihə çərçivəsində yeni yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hər bir zolağın eni 3.75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edəcək. Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub.

Tıxac, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərin nəzərinə: Bu yol da bağlanacaq

İnşaat işləri bir-neçə hissə üzrə icra olunur. Bu əsas yolun, tunellərin və qovşaqların tikintisidir.

Məlumata görə, yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhəri və bu istiqamətinə yerləşən digər qəsəbələrə, bundan başqa Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Goradil, Pirşağı qəsəbələrinə rahat çıxış əldə edəcəklər. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə sözügedən istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa yuxarıda sadalanan qəsəbələrin sakinlərinin Ziya bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq. Bununla da həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, həm də ki, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin "Koroğlu" metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafiklə mövcud tikinti norma və standartlarına uyğun şəkildə yeksək eyfiyyətlə və sürətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yeni yolun tikintisinin 2019-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.

Xəbər lenti
0