01:09 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Cənubi Qafqaz (Zaqafqaziya) Seymi

Qondarma Qafqaz birliyinin qaçılmaz süqutu

© Foto : PUBLIC DOMAIN
CƏMİYYƏT
Qısa URL
50 0 0

Zaqafqaziya Seymi bir neçə aylıq fəaliyyətdən sonra tarixə qovuşdu

BAKI, 26 may — Sputnik. 1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. 

Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxdıqlarını elan edib. Azərbaycan heyəti buna etiraz etməyib və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. 

Zaqafqaziya Federasiyasının ömrünün belə qısa olmasının əsas səbəblərindən biri də erməni tərəfinin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi. Mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycan və Ermənistanın müstəqilliyi elan edildi.

Teqlər:
vahid dövlət, Zaqafqaziya Seymi, süqut, müstəqillik

Əsas mövzular