CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qondarma Qafqaz birliyinin qaçılmaz süqutu

© Photo : PUBLIC DOMAINCənubi Qafqaz (Zaqafqaziya) Seymi
Cənubi Qafqaz (Zaqafqaziya) Seymi - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqafqaziya Seymi bir neçə aylıq fəaliyyətdən sonra tarixə qovuşdu

BAKI, 26 may — Sputnik. 1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. 

Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxdıqlarını elan edib. Azərbaycan heyəti buna etiraz etməyib və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. 

Zaqafqaziya Federasiyasının ömrünün belə qısa olmasının əsas səbəblərindən biri də erməni tərəfinin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi. Mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycan və Ermənistanın müstəqilliyi elan edildi.

Xəbər lenti
0