18:55 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin sakinləri şəhid Adil Tatarovun yolunu gözləyir

Qıraq Kəsəmən 24 il sonra növbəti şəhidini gözləyir

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
116120

Evə qayıtmasına iki ay qalmış, şəhid oldu

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olması barədə xəbər vermişdik.

Şəhid Adil Tatarov (soldan üçüncü) əsgər yoldaşları ilə
© Sputnik / İlham Mustafa
Şəhid Adil Tatarov (soldan üçüncü) əsgər yoldaşları ilə

Hazırda onlarla insan bu saatlarda şəhidin doğulduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə yığışaraq şəhidini gözləyir. Müharibədə 7 övladını şəhid verən Qıraq Kəsəmənin son şəhidi 24 il əvvəl olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Adil Tatarovun müəllimi Turan Yaqubəliyev şəhid hərbçini tərbiyəli, qanacaqlı, vətənpərvər bir insan kimi xarakterizə edir.

Şəhidin atası Əli Tatarov
© Sputnik / İlham Mustafa
Şəhidin atası Əli Tatarov

"Adilə 7 il dərs demişəm, eyni zamanda sinif rəhbəri olmuşam. Arzusu vətən üçün şəhid olmaq idi. Həmişə söz düşəndə "müəllim, Mübariz İbrahimov tək olmamalıdı" deyərdi. O sanki bir hərbçi kimi doğulmuşdu, seçilmişlərdəndi" — deyə müəllimi bildirir.

Qeyd edək ki, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub. Tərxis olunmağına iki ay qalmış düşmən gülləsinə tuş gəlib.

Teqlər:
Qıraq Kəsəmən, Azərbaycan Ordusu, Ağstafa, şəhid, Naxçıvan Muxtar Respublikası

Əsas mövzular