CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qıraq Kəsəmən 24 il sonra növbəti şəhidini gözləyir

© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Qıraq Kəsəmən kəndinin sakinləri şəhid Adil Tatarovun yolunu gözləyir
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin sakinləri şəhid Adil Tatarovun yolunu gözləyir - Sputnik Azərbaycan
Abunə olmaq
Evə qayıtmasına iki ay qalmış, şəhid oldu

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olması barədə xəbər vermişdik.

© Sputnik / Ilham MustafayevŞəhid Adil Tatarov (soldan üçüncü) əsgər yoldaşları ilə
Şəhid Adil Tatarov (soldan üçüncü) əsgər yoldaşları ilə - Sputnik Azərbaycan
Şəhid Adil Tatarov (soldan üçüncü) əsgər yoldaşları ilə

Hazırda onlarla insan bu saatlarda şəhidin doğulduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə yığışaraq şəhidini gözləyir. Müharibədə 7 övladını şəhid verən Qıraq Kəsəmənin son şəhidi 24 il əvvəl olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Adil Tatarovun müəllimi Turan Yaqubəliyev şəhid hərbçini tərbiyəli, qanacaqlı, vətənpərvər bir insan kimi xarakterizə edir.

© Sputnik / Ilham MustafayevŞəhidin atası Əli Tatarov
Şəhidin atası Əli Tatarov - Sputnik Azərbaycan
Şəhidin atası Əli Tatarov

"Adilə 7 il dərs demişəm, eyni zamanda sinif rəhbəri olmuşam. Arzusu vətən üçün şəhid olmaq idi. Həmişə söz düşəndə "müəllim, Mübariz İbrahimov tək olmamalıdı" deyərdi. O sanki bir hərbçi kimi doğulmuşdu, seçilmişlərdəndi" — deyə müəllimi bildirir.

Qeyd edək ki, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub. Tərxis olunmağına iki ay qalmış düşmən gülləsinə tuş gəlib.

Xəbər lenti
0