22:20 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
558 0 0

Onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub

BAKI, 11 may — Sputnik. Xəbər verdiyimiz kimi, İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Azərbaycan İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) Yayım Şurasının iclasında bu posta Balakişi Qasımov seçilib.

Bəs Balakişi Qasımov kimdir?

Sputnik Azərbaycan-ın məlumatına görə, Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bakalavr dərəcəsini alıb. Eyni universitetin maliyyə ixtisası üzrə magistraturasını bitirib.

Onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub. İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harada? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.

Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosiasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

Ailəlidir, 2 övladı var.

Əlaqədar

İTV rəhbərliyinə yeni şəxslər təyin olundu
İctimai televiziyanın rəhbəri dəyişdi: Cəmil Quliyev getdi, yerinə...
Teqlər:
Cəmil Quliyev, Balakişi Qasımov, baş direktor, İTV

Əsas mövzular