CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İTV Ermənistanın "Eurovision"dan kənarlaşdırılmasını tələb edir

© REUTERS / Anders WiklundEurovision 2016" mahnı müsabiqəsinin bayraqları
Eurovision 2016 mahnı müsabiqəsinin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə və "Eurovision" Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciət edib

BAKI, 11 may — Sputnik. Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision 2016" Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə və "Eurovision" Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciət edib. Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri Cəmil Quliyev deyib.

C. Quliyev bildirib ki, Ermənistan beynəlxalq hüquqa zidd hərəkət etdiyi üçün sərt şəkildə cəzalandırılmalıdır: "İTV rəhbərliyi Avropa Yayım Birliyindən və "Eurovision" Mahnı Müsabiqəsinin rəhbərliyindən tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqa zidd hərəkətə görə sərt şəkildə cəzalandırılsın. Bu isə Ermənistanı təmsil edən İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəkilində ola bilər".

Xəbər lenti
0