06:00 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
13310

Cinayəti törədən şəxs saxlanılıb, məlumata görə, ailənin üç övladı var

BAKI, 30 aprel — Sputnik. Samuxda qətl hadisəsi törədilib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.

1981-ci il təvəllüdlü, əvvəllər məhkumluğu olan kənd sakini Ağamir Səmədov  ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb.

Bədən xəsarətləri alan qadın hadisə yerində ölüb. Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin üç övladı var.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Teqlər:
ər-arvad, Samux rayonu, ailə münaqişəsi, qətl

Əsas mövzular