BAKI, 30 aprel — Sputnik. Samuxda qətl hadisəsi törədilib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.
1981-ci il təvəllüdlü, əvvəllər məhkumluğu olan kənd sakini Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb.
Bədən xəsarətləri alan qadın hadisə yerində ölüb. Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin üç övladı var.
Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.