04:26 25 Aprel 2018
Canlı yayım
Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri hadisə yerində

Qubada faciə: Kəndirlə kanala düşən iki nəfəri su apardı

© Foto: REPORT
CƏMİYYƏT
Qısa URL
854 0 0

Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub

BAKI, 8 aprel — Sputnik. Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.

Sputnik Azərbaycan Report-a istinadla  xəbər verir ki, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib
İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib

Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.

Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Teqlər:
boğulma, Quba, kanal, faciə

Əsas mövzular