CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada faciə: Kəndirlə kanala düşən iki nəfəri su apardı

© Photo : REPORTFövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri hadisə yerində
Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub

BAKI, 8 aprel — Sputnik. Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.

Sputnik Azərbaycan Report-a istinadla  xəbər verir ki, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

© Photo : REPORTİtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib
İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib - Sputnik Azərbaycan
İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib

Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.

Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Xəbər lenti
0