20:42 18 İyul 2018
Canlı yayım
  • RUB0.0271
  • USD1.7000
  • EUR1.9794
ABŞ-ın AJF & Associates, İnc. təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası exit-poll öncəsi sorğunun nəticələrini açıqlayıb

Azərbaycan cəmiyyəti hakimiyyətdən nə dərəcədə razıdır - Amerikalılar araşdırdılar

© Foto: APA
CƏMİYYƏT
Qısa URL
92 0 0

Rəyi soruşulanların 82,9%-i mövcud hakimiyyətin fəaliyyətindən razı olduğunu qeyd edib

BAKI, 28 mart — Sputnik. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF & Associates" təşkilatı ilə birgə, 11 aprel 2018-ci il prezident seçkiləri zamanı keçiriləcək exit-poll öncəsi sosioloji rəy sorğusunun nəticələrini təqdim edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, sorğunun nəticələrini açıqlayan "AJF & Associates" təşkilatının sədri Corc Braun bildirib ki, sorğu Azərbaycanın müxtəlif bölgələrində keçirilib.

İlham Əliyev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

"Sorğuda 1500 nəfər iştirak edib. Sorğuda əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi, ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət, siyasi fəallıq səviyyəsi öyrənilib. Rəyi soruşulanların 82,9%-i mövcud hakimiyyətin fəaliyyətindən razı olduğunu qeyd edib" — deyə C.Braun bildirib.

Onun sözlərinə görə, hazırkı prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş exit-pollun nəticəsi onu deməyə əsas verir ki, əhali İlham Əliyevin fəaliyyətinə inanır və seçkilərə hazırlıq həm hakimiyyət, həm də əhali tərəfindən qənaətbəxşdir.

Əlaqədar

Seçkilərdə "exit-poll"a bağlı qərar qəbul olundu
Azərbaycanda seçki bülletenləri ilə bağlı qərar verildi
Niderlanddakı soydaşlarımızın seçkilərdə iştirakına hazırlıq gedir
Azərbaycandakı prezident seçkilərində bir mərhələ başa çatdı
Teqlər:
"AJF & Associates" təşkilatı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, sorğu, İlham Əliyev, ABŞ, prezident seçkiləri

Əsas mövzular