CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara bayram müjdəsi

© Flickr / Peter AsquithQaz
Qaz - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəriqaz" gücləndirilmiş iş rejimində işləyəcək

BAKI, 16 mart — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Azəriqaz İB - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vətəndaşlarla "Azəriqaz" arasında çəkişmə gedir

Bildirilib ki, qurum Novruz bayramı ilə əlaqədar martın 20-dən martın 26-dək gücləndirilmiş iş rejimində işləyəcək. Belə ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli "Çağrı Mərkəzi"nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz istismar sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

"Azəriqaz" İB bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Xəbər lenti
0