CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlarla "Azəriqaz" arasında çəkişmə gedir

Abunə olmaq
Vətəndaşlardan bəziləri imkansız olduğu üçün tikdikləri evlərin hasarlanmasını da reallaşdıra bilməyib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Abşeron rayonunun Qobu qəsəbəsində salınmış yeni yaşayış massivinin sakinləri uzun müddətdir ki, yaşadıqları ərazinin qazlaşdırılmamasından şikayətçidir. Sakinlərin sözlərinə görə, qəsəbədə qazlaşdırılma aparılsa da, bu yaşayış massivi unudulub. Sakinlər bununla bağlı müvafiq qurumlara müraciət etsələr də, aldıqları cavab o olub ki, ancaq öz vəsaitləri hesabına yaşayış məntəqəsinə qaz çəkdirə bilərlər.

Газовый счетчик и smart-карта, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diqqət: Qaz tarifinin hesablanması ilə bağlı açıqlama verildi - VİDEO

Əlacsız qalmış sakinlər Sputnik Azərbaycan-a müraciət edərək problemlərinin aidiyyatı orqanlara çatdırılmasını xahiş edirlər: "Qobu qəsəbəsi qazla təmin olunduğu halda, bizim evlərin yerləşdiyi yeni yaşayış massivinin qazlaşdırılması unudulub. Bakının mərkəzindən 20 km-lik məsafədə yerləşən evlərimizdə qaz olmadığından qışın soyuğunda taxta-şalban yandırmaqla vəziyyətdən çıxmağa çalışırıq".

Sakinlərin dediklərinə görə, evlərinin təbii qazla təmin edilməsi üçün tədbir görülməsi məqsədilə "Azəriqaz" İB-nə, SOCAR rəhbərliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə etdikləri müraciətlərə bir cavab verilir: "Sizin evlərə qaz çəkilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmayıb. Qaz çəkilməsi əhalinin öz hesabına baş tuta bilər. Müvafiq dövlət proqramında nəzərdə tutulmamış yeni yaşayış sahələrinin və ya güzəştli şərtlərlə fərdi yaşayış evlərinin qazlaşdırılması üçün "Azəriqaz" İB-nə maliyyə vəsaiti ayrılmır".

Sakin Bahadur Bilalov qeyd edir ki, qaz kəməri evlərdən 400-450 metrlik məsafədən keçir. Və onların bu məsafədən evlərə qaz çəkilməsi üçün maddi imkanları çatmır. Vətəndaşlardan bəziləri imkansız olduğu üçün tikdikləri evlərə hasar belə çəkə bilməyiblər.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı vətəndaşlar "ASAN Kommunal"-a müraciət edib çəkiliş şərtləri ilə tanış olmalıdırlar: "ASAN Kommunal"-da evlərin öz vəsaitləri hesabına qazlaşdırılması ilə bağlı razılaşdırma protokolu ilə tanış olurlar və bundan sonra onların evlərinə öz vəsaitləri hesabına qaz çəkilə bilər. Qazlaşma işləri lisenziyası olan podratçı şirkət tərəfindən həyata keçirilir".

"Fərdi yaşayış evləri qazlaşdırılan zaman "Azəriqaz" tərəfindən ancaq müvafiq sərfiyata uyğun B4 markalı qaz sayğacları ilə ödənişsiz təmin olunur" — qurum təmsilçisi deyib.

Kərbəlayev onu da əlavə edib ki, vətəndaşların qazlaşma ilə bağlı hər hansı informasiya vasitəsinə müraciət etməsi düzgün deyil: "Qazlaşma ilə "Azəriqaz" məşğul olur, onlar da müraciətlərini "Azəriqaz"a ediblər və cavablarını alıblar. Qobu qəsəbəsi, əsasən, qazla təmin edilib, amma sonradan yeni yaşayış evləri və yaşayış sahələri salınıb. Və həmin sahələrin qazlaşdırılması üçün "Azəriqaz" İstehsalat Birliyinə vəsait ayrılmayıb. Vətəndaşlar həmin ərazilərin qazlaşdırılması üçün ya dövlət proqramını gözləməli, ya da qeyd edildiyi kimi, "ASAN Kommunal"-a müraciət etməlidirlər".

© KarikaturaQazsız həyat
Qazsız həyat - Sputnik Azərbaycan
Qazsız həyat

Xəbər lenti
0